“AZ FP CO” LTD MMC-nin təsisçisi Həsənov Mehmanşa Yunus oğlu dələduzluğa məruz qalıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Mehmanşa Həsənov “RUN Group” Şirkətinin rəhbəri İranə Talışxanovaya 50 min ABŞ dolları verib ki, o zaman Bakı Şəhəri, Yasamal rayonu 175 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyən gəlini Həsənova Xırdaxanım Rasim qızını həmin məktəbə direktor təyin etdirsin.
İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Mehmanşa Həsənov da İranə Talışxanova həbs edildikdən sonra onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib və cinayət işində zərərçəkmiş qismində tanınıb.
Mehmanşa Həsənov saytımıza açıqlamasında bildirib ki, İradə Talışxanova ona vurduğu ziyanı bu yaxınlarda ödəyib.
Qeyd edək ki, Mehmanşa Həsənovun təsisçisi olduğu “AZ FP CO” LTD MMC 2011-ci ildə "Milla" markası ilə süd məhsulları bazarında fəaliyyətə başlayıb.
Seymur Əli