Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru təyin edilib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu gün o, prezident Vaaqn Xaçaturyanın sərəncamı ilə tutduğu vəzifədən azad edilmişdi.

Xatırladaq ki, hökumətin noyabrın 30-da keçirilən iclasında Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinlərini prezident deyil, baş nazirin vəzifəyə təyin və vəzifədən azad etməsi barədə qərar qəbul edilib.

***13:59

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb. 

O, Baş nazir Nikol Paşinyanın əmri əsasında işdən çıxarılıb. 

Ağarza Elçinoğlu