Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslər salanılıb. Rayon sakini Valəddin Məmmədovun üzərinə baxış keçirilən zaman içərisində 4 ədəd patron olan avtomat darağı aşkar olunaraq götürülüb. Şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində onun rayonun Əhmədbəyli kəndi ərazisində gizlətdiyi “Kalaşnikov” markalı avtomat da aşkat edirək götürülüb. Üzərində odlu silah gəzdirdiyinə görə saxlanılan Vüqar Abbasovdan isə bir ədəd “ Makarov” markalı tapança və 5 ədəd patron aşkar edilib.
Bununla yanaşı Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir. Keçirilmiş profilaktiki tədbirlər nəticəsində 17 ədəd mextəlif kalibirli və markalı ov silahları rayon sakinləri tərəfindən könüllü olaraq polisə təhvil verib. Qeyd edək ki, cari ilin müvafi döbrü ərzində polis əməkdaşları tərəfindən ümumilikdə 19 odlu silah müsadirə olunub