İsrailin bombardmanları nəticəsində şəbəkə infrastrukturunun zədələnməsi səbəbindən Qəzzada bütün kommunikasiyalar tamamilə kəsilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin telekommunikasiya şirkəti "Alcatel" məlumat yayıb.
"Təəssüflə bildiririk ki, İsrailin davam edən təcavüzü səbəbindən Qəzza zolağında bütün telekommunikasiya xidmətləri bağlanıb", - operatorun bəyanatında deyilir.
Hazırda stasionar və mobil rabitə, eləcə də internetə çıxış tam bloklanıb.
Ağarza Elçinoğlu