"Husilər öz çirkin davranışlarını davam etdirsələr, biz mütləq yenə cavab verəcəyik".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
O, ardıcıl ikinci gündür həyata keçirilən hava hücumlarını terrora qarşı mübarizə kimi qiymətləndirib: "İrana gəlincə, onların bizimlə müharibə etmək istəyi yoxdur. Husiləri dəstəkləyir, vəziyyəti daha da gərginləşdirmək istəmir".
ABŞ prezidenti jurnalistin Yəmən yaraqlılarını terrorçu adlandıra bilərmi sualına müsbət cavab verib.
Ağarza Elçinoğlu