ABŞ və Böyük Britaniya hərbi qüvvələrinin husilərə qarşı əməliyyatları foununda Fələstin tərəfdarları Ağ Ev qarşısında etiraz aksiyası keçiriblər.

"Unikal" xəbər verir ki, etirazçıların aqressiv davranışlarına görə binanın əməkdaşlarını təxliyə edilib. Məlumata görə, nümayişçilər Ağ Evin hasarına zərər vurub, polis məmurlarına müxtəlif əşyalar atıblar.

Xatırladaq ki, husilər İsrailə gedən gəmilərə hücum etməyə başlayandan sonra ABŞ və Böyük Britaniya yanvarın 12-də Yəməndə hərbi əməliyyatlara start veriblər.