Müğənni Leonid Aqutin "İlin mahnısı" festivalındakı qalmaqaldan sonra Rusiyanı tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə ctnews.ru portalı məlumat yayıb. Məlumata görə, Aqutin Rusiyadan BƏƏ-yə gedib. Onun bu ölkəyə qastrol səfərləri planlaşdırılır.

Ötən ilin sonunda Leonid Aqutin “İlin mahnısı” festivalı zamanı qalmaqalın mərkəzində olub. Mətbuat yazıb ki, müğənni guya ŞAMAN ləqəbi ilə tanınan Yaroslav Dronovla səhnəyə çıxmaqdan imtina edib.

Daha sonra Leonid Aqutin bu şayiələri təkzib etdi. Onun sözlərinə görə, o, Dronovla bir səhnədə çıxış etməyib, ona görə ki, artistlər müxtəlif günlərdə proqramın çəkilişində iştirak ediblər.