Oktyabrın 7-dən bu yana hərbi əməliyyatlar nəticəsində həlak olan Qəzza zolağı sakinlərinin sayı 23 968 nəfərə yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.

Eyni zamanda, məlumata görə, indiyədək 60 582 nəfər yaralanıb.

Qurum qeyd edib ki, son 24 saat ərzində ölənlərin sayı 125 nəfər artıb, daha 265 nəfər yaralanıb.