İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməsi nəticəsində lava axını Qrindavik şəhərindəki evlərə çatıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, evlərdən ikisi artıq külə dönüb.
Qeyd edək ki, ölkənin cənub-qərbində yerləşən vulkanın püskürməsi səhər saatlarında başlayıb. Bölgədə fövqəladə vəziyyət elan edilib.
Qrindavik sakinləri təxliyə edilib.
İslandiyada 33 aktiv vulkan sistemi var. 2021-ci ildən bəri Reykyanes yarımadasında dörd püskürmə baş verib.