"Bu il bütün Avropa qitəsi üçün, xüsusən də ABŞ seçkiləri kontekstində son dərəcə əhəmiyyətli olacaq".

"Unikal" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejourne alman həmkarı Annalena Berbok ilə görüşündə bildirib.

 "İlk görüşümüz zamanı mənim üçün əsas odur ki, Fransa-Almaniya tandeminin həmişəkindən daha vacib olduğunu qeyd edim. 2024-cü il bütün qitə üçün əsas il olacaq. Mən bu barədə, xüsusən də nəticələrdən asılı olaraq vəziyyətin təhlilini tələb edəcək ABŞ seçkiləri kontekstində danışıram", - Sejourne bildirib.

Gülayə  Mecid