Ermənistanda yanvarın 13-də itkin düşən hərbçinin meyiti tapılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Manuçaryan adlı əsgərin meyiti qar uçqunu altında tapılıb.
"Əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə keçərkən itkin düşən hərbi qulluqçunun geniş axtarış-xilasetmə işləri həyata keçirilib. Tsquni kəndinin inzibati ərazisində əsgər Benyamin Manuçaryanın meyiti qar uçqunu altında tapılıb", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən həftə Ermənistan ordusunun 2 hərbçisi güllələnərək, daha bir nəfər hərbçi yol qəzasında ölmüşdü.
Ağarza Elçinoğlu