Rusiyanın Yamal Hava Yollarına məxsus təyyarə Novosibirsk hava limanında məcburi eniş edib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu açıqlayıb. 

Məlumata görə, buna səbəb təyyarədəki texniki nasazlıq olub: "Uçuş zamanı "Bombardier CRJ200LR" təyyarəsində 44 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə Tolmaçevo hava limanına uğurlu eniş edib". 

Ağarza Elçinoğlu