Afinanın mərkəzində keçirilən xüsusi əməliyyat zamanı cinayətkar təşkilatın lideri olan "qanuni oğru" Papuna Devnozaşvili və onun yeddi yaxın adamı saxlanılıb.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onlar soyğunçuluq, qəsb və sələmçilikdə ittiham olunurlar.

Yunan polisinin əməliyyatı çərçivəsində daha 13 əcnəbi də saxlanılıb. 

Bildirilir ki, əslən rusiyalı olan Devnozaşvili Yunanıstanda 2022-ci ildə cinayətkar təşkilatı yaradıb. O, Avrasiya mütəşəkkil cinayətkarlığının transmilli cinayətkar qrupları və təşkilatları (“THIF IN LAW”)  rəhbərlik edirmiş.

"Bu, kriminal aləmin “elitasıdır”. Bu titullu insanlar lider kimi çıxış edir, dəstələrin və cinayət təşkilatlarının bütün üzvlərindən hörmət tələb edir, hər bir ölkədə fəaliyyət göstərir və müəyyən davranış qaydalarına riayət edir", -  KİV yazıb. 

Gülayə Mecid