Müharibə özlüyündə insanlığa qarşı cinayətdir. İnsanlara sülh lazımdır. Dünyanın sülhə ehtiyacı var.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Roma Papası Birinci Fransisk deyib.
"İlin əvvəlində biz sülh arzuladıq, lakin silahlar öldürməyə və məhv etməyə davam etdi", - o, ifadə edib.
Papa hər kəsi "bu münaqişələr üzərində güc sahibi olan insanlar üçün dua etməyə çağırıb ki, müharibə onları həll etməyin yolu olmadığını başa düşsünlər".