Şimali Koreya son silah sınağında hipersonik raketi buraxdığını bildirib.
"Unikal" xəbər verir ki, raket sınağı barədə Şimali Koreyanın KCNA agentliyi məlumat yayıb.
"Yanvarın 14-də KXDR Raket İdarəsi hipersəs manevr edə bilən idarə olunan döyüş başlığı ilə təchiz edilmiş orta mənzilli bərk yanacaq ballistik raketini sınaqdan keçirib", - məlumatda deyilir.
Ağarza Elçinoğlu