Hindistanın "IndiGo" aviaşirkətinin sərnişini Dehlidən Qoaya uçuşun gecikməsi səbəbindən pilota hücum edib.

"Unikal" xəbər verir ki, hadisə anı sosial şəbəkələrdə viral olub. 

İnternetdə yayımlanan görüntülərdə sarı rəngli köynəkdə dava edən şəxs uçuşun gecikdiyini bildirmək üçün sərnişinlərin yanına çıxan pilotun yanına qaçır və onun üzünə sillə vurur.

O, "Təyyarəni uçurmaq istəmirsənsə, uçurtma!", - deyə bağırıb. Hadisədən sonra pilot açıqlamasında “Mən bu sərnişinin əbədi olaraq qara siyahıya salınmasını istəyirəm. Belə xuliqanlıq və aqressiv davranış qətiyyən yolverilməzdir. Başqaları üçün təhlükə yaradır. Ümid edirəm bu sərnişin bir daha uçmayacaq. Ayıb! Bu adamı həbs edin, qara siyahıya salın. Onun fotosunu dərc edin ki, camaat onun pis davranışından xəbər tutsun” deyə narazılığını bildirib. 

Seymur Əli