Türkiyə nümayəndə heyəti 2024-cü ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirakdan imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr göstərir ki, bu il tədbirin əsas mövzuları Yaxın Şərqdə sülh danışıqları olacaq. Bundan əlavə, görüş iştirakçıları Ukrayna böhranının həlli məsələsinə diqqət yetirəcəklər.

Agentliyin məlumatına görə, foruma Türkiyə nümayəndə heyətinin tərkibində respublikanın maliyyə naziri Mehmet Şimşək gəlməli idi. Lakin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatla bağlı tənqidi mövqeyinə görə bu tədbirə dövlət nümayəndələrini göndərməmək qərarına gəlib.

Gülayə Mecid