Fransanın daxili işlər naziri Jerald Darmanen 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarından sonra istefa vermək niyyətində olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Nazir, həmçinin, Fransa Nazirlər Kabinetində dəyişikliklərin prezident Emmanuel Makronun partiyasını iyunda keçiriləcək Avropa Parlamenti seçkilərinə hazırlamaq məqsədi ilə edildiyi barədə fikir bildirib. Onun fikrincə, yeni hökumət “uzun ömür sürməyəcək”.

Ötən həftə Fransada Darmanenin baş nazir postunu tutacağını gözlədiyi yeni hökumət elan edilib.

Qeyd edək ki, Darmanen 2020-ci ilin iyun ayından daxili işlər naziri vəzifəsində çalışır.

Paris Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Nuranə Abbasova