Yəmənin Ədən körfəzi yaxınlığında ABŞ-a məxsus Marşal adaları bayraqlı yük gəmisi raketlə vurulub. 

"Unikal" xəbər verir ki, Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) Yəmən sahillərində bir gəminin raketlə vurulduğunu açıqlayıb.UKMTO-dan verilən açıqlamada, kapitanın gəminin Yəmənin Ədən şəhəri yaxınlığında raketlə vurulduğunu bildirdiyi deyilib.

Açıqlamada, yaxınlıqdakı gəmilərə diqqətli şəkildə tranzit keçmələri və hər hansı şübhəli fəaliyyət barədə quruma məlumat vermələri tövsiyə edilib.

İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə husilərin ticarət gəmilərinə qarşı son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.