ABŞ-ın Arizona ştatında hava şarının qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

"Unikal" xəbər verir ki, Arizona ştatının Eloy şəhərində isti hava şarı qəzaya uğrayıb.

Polis rəsmiləri qəzada 4 nəfərin öldüyünü, 1 nəfərin isə ağır yaralandığını açıqlayıb.

Səlahiyyətlilər, hava şarının düşmə səbəbinin hələ öyrənilmədiyini, lakin hadisə ilə bağlı istintaq açıldığını bildirib.

Qəzada həyatını itirənlərin kimliyini açıqlamayan səlahiyyətlilər, Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyasının (FAA) səlahiyyətlilərinin isti hava balonunun qəzaya uğraması səbəbini öyrənmək üçün istintaqı öz üzərinə götürdüklərini bildirdilər.