İrəvanda mehmanxana kompleksində Rusiya vətəndaşının meyiti tapılıb.
"Unikal" xəbər verir ki, yanvarın 15-də saat 16:30-da “Kartez” restoran kompleksində kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Hadisə yerinə gələn polis otaqlardan birində çarpayıda təxminən 40 yaşlı kişi meyitini aşkar edib.
Məhkəmə-tibbi ekspertizasının ilkin müayinəsi zamanı zorakılıq əlamətləri aşkar edilməyib. Ekspertiza təyin edilib. Ölən şəxs Rusiya vətəndaşıdır.