İsrailin Raanana şəhərində insanlara avtomobil və soyuq silahla hücum ediblər.

"Unikal" xəbər verir ki, məlumata görə, şəhərin Ahuza və Derex Yeruşalaim küçələrinin kəsişməsində avtomobil insanları vurub. Soyuq silahlı hücum nəticəsində 14 nəfər yaralanıb. Onlardan 70 yaşlı qadının vəziyyəti kritik, 34 yaşlı kişi və 16 yaşlı oğlanın vəziyyəti ağır, səkkiz nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngüldür. Yaralılar Kfar Sabadakı Meir xəstəxanasına aparılıblar.

Hücum edənlərdən birinin məhv edildiyi barədə məlumat daxil olub. Ancaq hələ rəsmən təsdiqlənməyib.

Raanana və Kfar-Sabada təhlükəsizlik tədbirləri gücləndirilib.