Qəzza zolağında münaqişənin kəskinləşməsi BMT-nin 152 əməkdaşının həyatına son qoyub.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib. Bu rəqəm təşkilat tarixində ən yüksək göstəricidir. Quterreş qeyd edib ki, yardım işçiləri təzyiqlərə baxmayaraq öz missiyaları üçün mümkün olan hər şeyi edirlər.

"Şahidi olduğumuz beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması məni çox narahat edir. Oktyabrın 7-dən bu yana Qəzzada 152 BMT əməkdaşı öldürülüb ki, bu, təşkilatımızın tarixində ən yüksək göstəricidir" -baş katib deyib.