İran daha bir İsveç vətəndaşını həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi bildirib.

İyirmi yaşlarında olan isveçli bu ayın əvvəlində İranda həbs edilib.

“Tehrandakı səfirlik yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır. Xarici İşlər Nazirliyi İsveçdəki qohumları ilə əlaqədədir", - nazirlik “Reuters“ə bildirib.