Husilər ABŞ-nin Yəmənə hücumlarının səmərəsiz olduğunu və Amerika ilə açıq müharibəyə hazırlaşdıqlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Husilərin siyasi ofisinin üzvü Əli əl-Kəhhum  məlumat yayıb. 

"Yəmənin gücünü görəcəksən və zəlil bir vəziyyətdə bölgədən geri çəkiləcəksən. Yəmənin təkəbbürünü qıracaq və qüdrətinizi məhv edəcək çəkindirici gücünü görəcəksiniz".  

ABŞ ilə müharibəyə hazırlaşdığına işarə edən Kahhum; "Yəmən dövləti, rəhbərliyi, silahlı qüvvələri və xalqı ayıq-sayıq vəziyyətdədir və Birləşmiş Ştatlarla açıq müharibəyə hazırlaşır. Amerika, İngiltərə və İsrailin təmsil etdiyi Böyük Şeytanla birbaşa üz-üzə gəlmək böyük şərəfdir".  

Gülayə Mecid