Bu ilin noyabrın 5-də keçiriləcək prezident seçkilərində ABŞ-nin sabiq prezidenti  Donald Tramp Ayova ştatında Respublikaçılar Partiyasının praymerizində səs çoxluğu ilə qalib gəlib.

“Unikal” xəbər verir ki,  ABŞ-də ənənəvi olaraq prezident seçkiləri yarışının başladığı Ayova ştatında Respublikaçı namizədləri bir-birinə qarşı qoyan praymeriz başa çatıb.

Qeyd olunub ki, Tramp Ayova ştatında partiyadaxili səsvermədə qalib gələrək rəqibləri Florida qubernatoru Ron DeSantisi və ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylini geridə qoyub. 

Zərifə Nağıyeva