Ukrayna parlamentinin üzvü Mixail Tsımbalyuk bildirib ki, səfərbərliyin ədalətli olduğunu xalqa nümayiş etdirmək üçün Ali Radanın fəaliyyətinə xələl gətirmədən 100-ə yaxın deputat cəbhəyə çağırıla bilər. 

"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə müsahibəsində deyib. 

"Biz elə bir norma hazırlamalıyıq ki, Ali Rada qanunlar qəbul etsin, hərbi vəziyyət, səfərbərlik davam etsin, bunun üçün bizə 300 xalq deputatı lazımdır. Bu gün 401 xalq deputatı var. Səfərbərliyə məruz qalmayanları - qadınlar, çoxuşaqlı kişilər, 60 yaşdan yuxarı olanları kənarlaşdırsaq, yüzə yaxın xalq deputatı səfərbər oluna bilər”, - deyə Tsımbalyuk bildirib.

Gülayə Mecid