Ermənistanda fəxri adların verilməsi ləğv edilir.

"Unikal" xəbər verir ki, Ermənistan parlamenti bu barədə layihənin lehinə səs verib. 

Bildirilib ki, "Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları haqqında" qanuna və bununla bağlı qanunlara dəyişikliklər paketi parlamentin iclasında birinci oxunuşda lehinə 64, əleyhinə 31 səs olmaqla qəbul edilib.

Layihənin əsaslandırmasına görə, adlar köhnəlib, sağlam rəqabətə, hətta mənəvi-psixoloji mühitə mənfi təsir göstərir. 

Ağarza Elçinoğlu