Sülhə hazırlaşmaq silahı yerə qoyub təslim olmaq demək deyil. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Gevorq Papoyan deyib. 

"Biz elə bir xəritə gətirməliyik ki, Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ-nin tərkibində müəyyən sərhədlər var idi ki, onların hüquqi əsasları var idi. Biz buna 1974-cü ilin xəritəsi deyirik, amma hələ də hüquqi əsası olan 1960-cı il xəritəsi ortaya çıxarsa, prinsipcə onunla heç bir problemimiz yoxdur. 

Xəritələr olmadan istənilən həll yolu gələcəkdə yeni siyasi gərginliklərə səbəb olmaqla hüquqi baxımdan da problem yaradacaq. Doğru olan budur ki, biz xəritəni götürürük, onun əsasında sülh müqaviləsini imzalayırıq, sonra tərəflərin demarkasiya komissiyaları koordinatları tənzimlənməyə başlayır. Əgər xəritə sülh sazişinin əsasıdırsa, gələcəkdə məsələ texniki xarakter daşıyacaq", - deyə deputat qeyd edib.

Ağarza Elçinoğlu