"Roma"nın baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.
"Unikal" xəbər verir ki, 60 yaşlı mütəxəssisin "Roma" ilə müqaviləsi 2024-cü ilin iyun ayına kimi nəzərdə tutulmuşdu.
Yanvarın 14-də A Seriyasının 20-ci turunda Mourinyonun rəhbərlik etdiyi son matçda romalılar "Milan"a 1:3 hesabı ilə uduzub. İndi komanda liqada 9-cu pillədə qərarlaşıb.
Ağarza Elçinoğlu