Tərtər rayonunda ev yanıb.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, Tərtər rayonunun Sarov kəndində ümümi sahəsi 312 m² (hər mərtəbəs 156 m²) olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, 1-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 96 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.