"Biz Ermənistan və Azərbaycan rəhbərliyi ilə sıx təmasda olmuşuq". 

"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr üzrə sözçüsü Piter Stano deyib.

Onun sözlərinə görə, ərazi bütövlüyünün hər hansı şəkildə pozulması qəbuledilməzdir: "Hər iki ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyimizi və problemlərin müstəsna olaraq sülh yolu ilə həllini yorulmadan təkrar edirik. Əlaqə xətlərimiz açıq qalır.

Avropa Şurasının prezidenti Şarl Mişel, Ali Nümayəndə Jozep Borrell və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan və Azərbaycan arasında sabit və davamlı sülhün bərqərar olmasında iştiraklarını davam etdirirlər". 

Ağarza Elçinoğlu