İsrail prezidenti İsaak Hersoq Davosda keçiriləcək Dünya İqtisadi Forumuna (WEF) Fələstinin Həmas hərəkatının saxladığı girovların ailələrini özü ilə aparacaq.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin “Times of Israel” qəzeti dövlət başçısının ofisinə istinadən məlumat yayıb.

“Prezident İsaak Hersoqun ofisi rəsmi olaraq elan edib ki, o, sabah İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna uçacaq və HƏMAS-ın saxladığı girovların ailələrini götürəcək”, - nəşr yazıb.

Bildirilir ki, prezident dünya liderləri ilə görüşlərdə forum iştirakçılarının diqqətini Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda “İsrailin göstərdiyi humanitar səylərə” yönəldəcək.