Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvar Avropa İttifaqının sanksiya siyahısına salınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının bəyanatında deyilir.

“Bu gün Şura daha bir nəfəri terrorçular siyahısına əlavə etmək qərarına gəlib. Bu, HƏMAS-ın siyasi lideri Yəhya Sinvardır", - deyə o qeyd edir.

Sənəddə sanksiyaların həmin gün qüvvəyə mindiyi bildirilir.