"İran hökumətinin müxaliflərə qarşı casusluq etməsi ciddi təhlükədir”.

"Unikal" xəbər verir ki, Avstraliyanın Daxili İşlər Nazirliyi bu ölkədə İran hökumətinin müxaliflərə qarşı casusluq fəaliyyəti ilə bağlı suala cavab olaraq, xarici casusluq və müdaxilənin milli qurumların təhlükəsizliyi və bütövlüyünə ciddi təhdid olduğunu bildirib. 

Məlumata görə, Daxili İşlər Nazirliyinin bəyanatında deyilir: “Xarici hökumətin icmamızın üzvlərini hədəf alması və Avstraliyada insanların əsas hüquq və azadlıqlarının qarşısını alması qəbuledilməzdir”.

Qeyd olunub ki, bundan öncə 2023-cü ilin fevralında Avstraliyanın daxili işlər naziri Kler O’Nil 2022-ci ildə Avstraliya hökuməti tərəfindən İranın casusluq planının qarşısının alındığını bildirib.