Rusiyalı milyarder və NBCOM Qrupunun (Rusiya Federasiyasında Apple avadanlıqlarının ən böyük resellerlərindən biri olan iPort da daxildir) təsisçisi Andrey Qodunov Murmansk vilayətində gəzinti zamanı dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Sankt-Peterburqdan olan iş adamının qar uçqunu altında qaldığı qeyd edilir.

Qodunovun cəsədi Xibinidəki Petrelius dağının Ramza dərəsi yaxınlığında tapılıb, iş adamı İqor Slonski onunla birlikdə olub. 

KİV-in məlumatına görə, uçqun onları vurduğu zaman qeydiyyatdan keçməyən tur qrupu ilə qar avtomobili ilə hərəkət ediblər. Hər iki iş adamı yerindəcə keçinib.
Məlumat Rusiya Federasiyasının KM tərəfindən təsdiqlənib, cinayət işi başlanıb.

Digər təfərrüatlar verilmir.