Yaponiyanın Noto yarımadasında zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsi məlumat yayıb. 

Nəşrin məlumatına görə, yarımadada 4,8 bal gücündə zəlzələ baş verib. Bildirilir ki, yeraltı təkanların maksimal gücü Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə beş bal olub. Lakin sunami təhlükəsi elan olunmayıb.