“Borussiya”nın (Dortmund) kapitanı Marko Roys mövsümün sonunda komandadan ayrılacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 34 yaşlı hücumçunun iyun ayında başa çatacaq müqaviləsini yeniləməyəcəyi bildirilib.
Qeyd edək ki, Marko Roysu 2012-ci ilin yayında Münhenqladbax “Borussiya”sından Dortmund klubuna keçib. Almaniyalı futbolçu "Borussiya"da 410 matçda 167 qol vurubvə 124 məhsuldar ötürmə edib.