Prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək.