PSJ hazırda karyerasını Fransada davam etdirən Kilian Mbappe üçün addım atıb. 

"Unikal" xəbər verir ki, fransız oyunçunun adı "Real Madrid"də hallansa da, PSJ-nin futbolçuya yeni təklifi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Fransız jurnalist Stephane Guy PSJ-nin Mbappeyə 400 milyon avro təklif etdiyini açıqlayıb. PSJ-nin 25 yaşlı futbolçu üçün illik 100 milyon avroluq 4 illik müqavilə təklif etdiyi bildirilib.

Mbappe bu barədə hələ qərarını verməyib. 

Zərifə Nağıyeva