Xaçmaz şəhərində bıçaqlanan gənc oğlan ölüb.
“Unikal”ın məlumatına görə, rayon sakini 1991-cı il təvəllüdlü Cəbrayılov Qərib Vahid oğlu şəhər mərkəzində küçələrdən birində mübahisə zamanı bıçaq zərbəsi alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun ürək nahiyəsindən bıçaq yarası aldığı məlum olub.
Həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xanlar Qaraca