"ABŞ-nin keçmiş prezidenti Donald Trampı Ukraynaya dəvət etməyə hazıram, bir şərtlə ki, o, müharibəni 24 saat ərzində dayandıra bilsin".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində deyib. 

"Bəli, zəhmət olmasa, Donald Tramp, sizi Ukraynaya, Kiyevə dəvət edirəm... Müharibə 24 saat ərzində dayandırıla bilərsə, düşünürəm ki, bu, burada olduğum hər gün Kiyevə gəlmək üçün kifayət edəcək”.

Eyni zamanda, Zelenski vurğulayıb ki, əgər varsa, o, Trampın “müharibəyə son qoyma düsturunu” bilmək istərdi.

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynada müharibəni 24 saat ərzində dayandıra biləcəyini dəfələrlə bəyan edib.