Əfqanıstanda itkin düşən Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyata alınıb, ilkin məlumata görə, göyərtəsində altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin.
"Unikal"
xəbər verir ki, Əfqanıstanın Bədəxşan əyalətində təyyarə qəzası nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər sağ qalıb.
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Əfqanıstanda yoxa çıxan Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyata alınıb, ilkin məlumata görə, göyərtəsində altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin. Falcon 10 Qaya (Hindistan) - Daşkənd - Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirib. Federal Hava Nəqliyyatı Agentliyi itkin düşən təyyarə ilə bağlı Əfqanıstan və Tacikistanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır və gəminin axtarışı davam edir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib ki, Rusiya səfirliyi Əfqanıstan tərəfi ilə əməkdaşlıq edir. Rusiya İstintaq Komitəsinin məlumatına görə, Əfqanıstanda göyərtəsində Rusiya vətəndaşlarının olduğu təyyarə qəzasından sonra iş açılıb.

12:20

Yanvarın 20-si şənbə günü axşam Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş Falcon 10 təyyarəsi əlaqəni dayandıraraq radar ekranlarından itib.

Unikal” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) məlumat yayıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 6 (altı) nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub.

“Falcon 10” “Athletic Group MMC”yə və fərdi şəxsə məxsusdur.

Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.

Qeyd olunub ki, hava gəmisinin ilk uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.

Hazırda təyyarənin axtarışı davam etdirilir.

 

XXX

11:50

Əfqanıstanın şimal-şərqində yerləşən Bədaxşan vilayətində təyyarə qəzası olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, təyyarə Hindistan şirkətinə məxsus olub və Moskva istiqamətində uçurmuş.

Texniki nasazlıq səbəbindən qəzaya uğrayan təyyarənin olduğu əraziyə xilasedici qruplar göndərilib.

Hadisənin təfərrüatları, təyyarənin modeli və göyərtəsində olan təxmini sayı barədə məlumat verilmir.