Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Əli Babayev saxlanılıb. 

"Unikal" xəbər verir ki, ondan 59 qramdan artıq, idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı isə 2 kiloqram 115 qram marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. 

Araşdırma aparılır.