Bakıda kafedə oğurluq olub.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Buzovna qəsəbəsi ərazisində yerləşən kafedə bir nəfərin gödəkcəsinin cibindən 2800 manat pulunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Əhməd İbrahimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.