Bərdədə silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən xəbərə görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Həsənov Sərxan Baloğlan oğlu tutulub. Onun yaşadığı ünvandan 1 ədəd "Kalaşnikov" avtomatı və həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.