İsmayıllı rayonunda 2 qaziyə qarşı dələduzluq edən şəxs həbs olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Məmmədov Orxan Rəhim oğlu 2-ci Qarabağ müharibəsində yaralanaraq qazi adını qazanmış İsmayıllı rayon sakinləri Vəliyev Elcan Telman oğlu və Babayev Raqub Fəyyaz oğluna qarşı dələduzluq edib.
İsmayıllı rayon Polis Şöbəsinə olunan şikayətdən sonra O.Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi açılıb və iş baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib. 01.02.2024-cü il tarixdə İsmayıllı rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçiriləcək.
Seymur Əli