Bəzi media və sosial şəbəkələrdə Bakı şəhər 6 nömrəli liseydə 2-ci sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

"Unikal" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

İdarədən verilən məlumata görə, yanvarın 10-da məktəbə daxil olmuş məlumat əsasında valideynlərin iştirakı ilə təhsil müəssisəsində müşahidə kameralarından görüntülərə baxılıb. Mediada və sosial şəbəkələrdə yayılan məlumatlar video çəkilişlərlə təsdiqini tapmayıb.

Bundan əlavə, ümumi təhsil müəssisələrinin psixoloqları. və rayon polis şöbəsinin əməkdaşları valideynlərin iştirakı ilə şagirdlərlə fərdi şəkildə söhbət ediblər.

Dövlət Agentliyindən bildirilib ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb.