Zərdab rayonunun Məlikli kənd sakini 39 yaşlı Hacıyev Pərviz Mikayıl oğlu intihar edib.
"Unikal" xəbər verir ki, o, özünü asaraq, həyatına son qoyub.
Pərvizin konkret hansı səbəbdən intihar etməsi bilinməsə də, oğlunun və həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyi və bu səbəbdən maddi problemləri olduğu bildirilir.
Qeyd edək ki, bu, son günlər Məlikli kəndində baş verən 2-ci intihar hadisəsidir.
Bundan öncə isə kənd sakini 56 yaşlı Qiyaməddin Xasay oğlu Bəkirov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, onun ürək-damar xəstəliyindən əziyyət çəkdiyi və bu səbəblə intihar etdiyi iddia olunurdu.