Kanadada oğrulanmış avtomobilləri qaçaqmalçılıq yolu ilə Azərbaycana və Gürcüstana gətirməyə çalışan dəstə saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Kanada polisi Ontario şəhərində ümumi dəyəri 3,2 milyon dollar olan 52 avtomobilin oğurlandığını müəyyən edib.

Qeyd edək ki, 11 şübhəliyə qarşı ittiham irəli sürülüb. Onların arasında 64 yaşlı azərbaycanlı da var.